İcarəyə götürdükləri avtomobillə qoyun oğurladılar

Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Qoxmuq, İnçə və Köndələn kəndlərində sakinlərə məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat daxil olub.

Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan meqale.com-a verilən məlumata görə, zərərçəkmişlərdən daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluqları törədən Elmin Qasımov, İzzət Sarızadə və Fazil Qasımov saxlanılıb.

Onların paytaxtdan Şəkiyə gələrək otlaq sahələrindən ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 21 baş xırdabuynuzlu heyvanı oğurladıqları və icarəyə götürdükləri avtomobillə Bakı şəhəri, eləcə də Zaqatala rayonuna apararaq orada satdıqları məlum olub.