İlk Homo sapiensin xarici görünüşü necə olub? - FOTO
Qədim insanların xarici görünüşünün kompüter rekonstruksiyası ilə məşğul olan braziliyalı tədqiqatçı və 3D dizayner Sisero Morais homo sapiensin ilk nümayəndələrindən birinin necə görünə biləcəyini göstərib.
meqale.com oxuya istinadən bildirir ki, yenidənqurma üçün 2017-ci ildə Mərakeşdə tapılmış ən qədim homo sapiens kəlləsindən istifadə edilib.
S.Morais kəllə sümüyünü skan edərək onun rəqəmsal modelini yaradıb və sonra yumşaq toxuma əlavə edib.
Düzdür, ekspert qeyd edib ki, bu homo sapiensin cinsi məlum deyil, çünki çanaq sümükləri tapılmadığından o, kişi olmaya da bilər.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun