İlon Mask gənclik FOTOsunu paylaşdı

Milyarder İlon Mask 1994-cü ilin iyul ayının sonunda çəkilmiş və əvvəllər dərc olunmamış şəklini nümayiş etdirib.

İlon Mask gənclik FOTOsunu paylaşdı
Milyarder İlon Mask 1994-cü ilin iyul ayının sonunda çəkilmiş və əvvəllər dərc olunmamış şəklini nümayiş etdirib.

meqale.com oxuya istinadən bildirir ki, o, fotonu "X" sosial şəbəkəsində (keçmiş "Twitter") yerləşdirib.

Fotoda o zaman 23 yaşı olan gələcək milyarder ABŞ bayrağının yanında dəniz fonunda dayanıb.

Qeyd edək ki, Mask 1989-cu ildə Cənubi Afrika Respublikasından ABŞ-yə köçüb və 1994-cü ilə qədər Pensilvaniya Universitetində təhsil alıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun