İndoneziyada 5,3 maqnitudada zəlzələ baş verib
İndoneziyada 5,3 bal maqnitudada zəlzələ qeydə alınıb.
meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 840 min sakinin yaşadığı Padanq şəhərindən 133 km cənub-şərqdə, zəlzələ ocağı 53 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.