"iPhone SE" smartfonunun təqdimatı təxirə salındı

"Apple" şirkəti dördüncü nəsil "iPhone SE" modelinin anonsunu gələn həftəyə keçirib.

"Apple" şirkəti dördüncü nəsil "iPhone SE" modelinin anonsunu gələn həftəyə keçirib.

meqale.com xəbər verir ki, bunu "Bloomberg"in jurnalisti Mark Qurman "X" sosial şəbəkə hesabında yazıb.

O daha əvvəl iddia edirdi ki, sözügedən modelin təqdimatı fevralın 10-dan 14-dək baş tutacaq. Bununla belə, yeni anonsun dəqiq tarixi barədə də məlumat verilmir.

Bundan başqa, "Apple" bir neçə digər anons da hazırlayır. Şirkət cümə günü "Apple Vision Pro"nun qarşıdakı yenilənməsinə həsr olunmuş təqdimat keçirəcək.