Pakistan vətəndaşı "Park Bulvar"da oğurluq etdi - Həbs olundu

Səbail rayonu, "Park Bulvar" Ticarət Mərkəzində oğurluq edən xarici ölkə vətəndaşı həbs edilib. 

Pakistan vətəndaşı
Səbail rayonu, "Park Bulvar" Ticarət Mərkəzində oğurluq edən xarici ölkə vətəndaşı həbs edilib. 

meqale.com qaynarinfo.az-a istinadən xəbər verir ki, 21 fevral 1997-ci ildə Pakistan İslam Respublikasında doğulmuş Mustaq Muhammad oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə açılmış işə məhkəmədə baxılıb. 

Məlum olub ki, Mustaq axşam saat 22:00 radələrində Səbail rayonu, "Park Bulvar" Ticarət Mərkəzində restoranların birində müştərinin telefonunu oğurlayıb. O, masanın üzərindən "Redmi" markalı mobil telefonları götürərək 400 manata H.G. adlı şəxsə ziyan vurub. 

Oğurladığı telefonu satıb, pulunu xərclədiyini deyən Mustaq Muhammad ziyanı ödəyə bilməyəcəyini, əməlindən peşman olduğunu, bir daha heç bir qanun pozuntusu etməyəcəyini bildirib.

Məhkəmənin hökmü ilə o, 2 ay müddətdə həbs olunub.