İsmayıllıda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

İsmayıllıda minik avtomobili yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var.

İsmayıllıda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var
İsmayıllıda minik avtomobili yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var.

meqale.com report.az-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ" markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində, 2000-ci il təvəllüdlü Dəmirov Abuzər Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Onun qardaşı, 2005-ci il təvəllüdlü Dəmirov Nurlan Azər oğlu və 1989-cu il təvəllüdlü Abbasov Müşfiq Rza oğlu isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.