İstanbul məhkəməsi məscidin imamını yaralayan şəxsi həbs edib

Türkiyənin İstanbul şəhər məhkəməsi məsciddə imamı bıçaqlayan şəxsi həbs edib.

İstanbul məhkəməsi məscidin imamını yaralayan şəxsi həbs edib
Türkiyənin İstanbul şəhər məhkəməsi məsciddə imamı bıçaqlayan şəxsi həbs edib.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə "Habertürk" telekanalı məlumat yayıb.

Həbs hadisə ilə bağlı cinayət işi açan prokurorluğun sorğusu əsasında həyata keçirilib.

Hadisə yanvarın 8-də axşam saatlarında namaz vaxtı baş verib.

İstintaqın məlumatına görə, hücum edən şəxs Bursa şəhərindən İstanbula gəlib və onun kriminal keçmişi var. Həmçinin psixoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.