İsveçrədə xizək mərkəzində PARTLAYIŞ - 40 ölü, 115 yaralı var - Yenilənib

İsveçrə hökuməti Krans-Montanada baş verən yanğından sonra beş günlük matəm elan edib.

İsveçrədə xizək mərkəzində PARTLAYIŞ - 40 ölü, 115 yaralı var - Yenilənib
İsveçrə hökuməti Krans-Montanada baş verən yanğından sonra beş günlük matəm elan edib.

meqale.com istinadən xəbər verir ki, hadisə nəticəsində 40 nəfər həlak olub, 115 nəfər yaralanıb.

İsveçrə prezidenti Gi Parmelen bildirib ki, matəm dövründə Berndəki bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, İsveçrənin Kran-Montana şəhərində yerləşən dağ-xizək kurortunda bir barda baş verən partlayış yanğınla nəticələnib. Hadisə zamanı onlarla insan ağır yanıq xəsarəti alıb. (APA)

--------- İsveçrənin Kran-Montana dağ-xizək kurortundakı barda baş verən partlayış nəticəsində təxminən 40 nəfər ölüb.

Bu barədə "Le Nouvelliste" qəzeti məlumat yayıb.

Məlumata görə, azı 100 nəfər yaralanıb. /"Report"

XXX

Alp dağlarında yerləşən dəbdəbəli xizək kurortu şəhərciyi Krans-Montanada bir barda baş verən partlayış nəticəsində çox sayda insan həyatını itirib.

meqale.com xəbər verir ki, bu barədə İsveçrə polisi açıqlama yayıb.

Məlumata görə, İsveçrənin məşhur Krans-Montana xizək mərkəzində Yeni il qeyd edənlər böyük faciə yaşayıb.

2026-cı il yanvarın 1-də gecə yarısından sonra, təxminən saat 01:30 radələrində "Le Constellation" adlı iki mərtəbəli barda hələlik müəyyən edilməyən səbəbdən güclü partlayış baş verib. Partlayışdan sonra binada genişmiqyaslı yanğın yaranıb.

Valais kanton polisinin sözçüsü Gaëtan Lathion hadisə zamanı insan tələfatının olduğunu təsdiqləyib.

Şahidlərin və hadisə yerində olan tibb işçilərinin bildirdiyinə görə, onlarla ağır yaralı və ölən var. /APA