İyulda Ukrayna NATO üzvlüyünə dəvət ediləcək?
NATO iyulda Vaşinqtonda keçiriləcək sammit zamanı Ukraynanı alyansa dəvət etməyi planlaşdırmır.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib.
"Biz Ukraynanın alyansa qoşulmağa dəvət ediləcəyini gözləmirik", - rəsmi bildirib.
Onun sözlərinə görə, qarşıdan gələn sammit zamanı müttəfiqlər Ukrayna ilə bağlı əhəmiyyətli dəstək nümayiş etdirmək niyyətindədirlər.