Kamilə taksi çağırdı, “Maybach” gəldi - VİDEO
Aktrisa Kamilə Babayeva paylaşımı ilə diqqət çəkib.
meqale.com olay-a istinadən bildirir ki, sənətçi sifariş etdiyi taksini çəkərək izləyiciləri ilə bölüşüb. Kamilə videoda bildirib ki, çağırdığı taksinin modeli "Maybach" olub:
"Yalnız Bakıda "Maybach" taksi kimi gələ bilər. Sözüm yoxdur. Bakı reallığı. Bu şəhər bitməyən hadisələrlə və rəngarəng insanlarla doludur. 15 il əvvəl olsaydı, "besedkada" oturan qonşular qırğın qeybətə keçmişdilər".
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun