Kanadada helikopter qəzası: ölənlər var
Kanadada helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Hadisə Terras kəndi yaxınlığındakı dağ silsiləsində baş verib.
Sağ qalanların vəziyyəti kritik qiymətləndirilir. Onlar xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri barədə məlumat verilmir.