Keçmiş baş həkim və arvadı niyə öldürülüblər? - Səbəb bilindi - YENİLƏNİB

11:25 Salyanda ər və arvadın - 1956-cı il təvəllüdlü İsrafil Əliməmməd oğlu Məmmədov və onun arvadı 1963-cü il təvəllüdlü Münəvvər Rza qızı Məmmədovanın yaşadıqları evdə qətlə yetirilməsi hadisəsinin oğurluq zəminində baş verdiyi bildirilir.

meqale.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, ər və arvadın evlərinə oğurluğa gələn şəxs (şəxslər) tərəfindən öldürüldükləri ehtimal olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı araşdırma aparılır.

-------- 11:08 Martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan meqale.com-a verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcəkdir.

---------- 10:30 Salyanda ər və arvad qətlə yetirilib.