Kenan Yıldız yeni müqaviləyə imza atır
Yuventusun Futbol Strategiya Direktoru Corco Kiellini Türkiyə millisinin futbolçusu Kenan Yıldızla uzun müddətdir davam edən müqavilə yeniləmə danışıqlarında sona gəldiklərini açıqlayıb.
meqale.com xəbər verir ki, klub rəhbərliyi gənc ulduzla yeni müqavilə üzrə razılığa gəldiyini təsdiqləyib.
Corco Kiellini danışıqlarla bağlı bunları deyib: "Kenan Yıldızla müqavilə yeniləməyə çox yaxınıq, rəsmi imzalar atıldıqdan sonra hər şey tamamlanacaq. Hər iki tərəf də bu anlaşmanı çox istəyirdi, amma proses bir qədər vaxt aldı."