Komanda-qərargah təlimi keçirildi - FOTO

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, "N" hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

Komanda-qərargah təlimi keçirildi - FOTO
Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, "N" hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən meqale.com-a bildirilib ki, plana uyğun olaraq təlimə cəlb olunan bölmələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin olunub.

Təlimdə tapşırıqların icrası ilə bağlı fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə uyğun olaraq qəbul edilmiş qərarlara dair məruzələr dinlənilib.