Lukaşenko özünə və ailəsinə ömürlük toxunulmazlıq verib
Belarus prezidenti Aleksandr Lukaşenko imzaladığı qanun layihəsi ilə özünə və ailəsinə ömürlük toxunulmazlıq verib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, prezidentin səlahiyyət müddətini başa vurduqdan sonra Belarus parlamentinin yuxarı palatasının daimi üzvü olmasını nəzərdə tutan qanun Lukaşenkonun cinayət məsuliyyətinə cəlb olunmasının qarşısını alacaq.
Yeni qanun həmçinin prezidentliyə namizədlərin ən azı 40 yaşını və Belarusda 20 il yaşamasını tələb edir.