Magistraturaya qəbul imtahanının vaxtı AÇIQLANDI

Magistraturaya qəbul imtahanının (I cəhd) 2024-cü il fevralın 11-də keçirilməsi nəzərdə tutulur.

Magistraturaya qəbul imtahanının vaxtı AÇIQLANDI
Magistraturaya qəbul imtahanının (I cəhd) 2024-cü il fevralın 11-də keçirilməsi nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzindən meqale.com-a verilən məlumata görə, imtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 15-dən 29-dək aparılacaq.

Qeyd edək ki, "Magistr" jurnalının 2 nömrəli buraxılışı nəşr edilib. Jurnalda ali təhsil müəssisələrinin magistraturalarına qəbul haqqında elanın tam mətni, "Şəxsi kabinet"in yaradılma və istifadə qaydası, müsabiqə şərtləri, "Bakalavrın elektron ərizəsi" formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib.