Makron altı il əvvəl Durova bunu təklif edib

"Fransa Prezidenti Emmanuel Makron 2018-ci ildə teleqramın təsisçisi Pavel Durovu nahara dəvət edib və bu zaman ona şirkətin baş qərargahını Parisə köçürməyi təklif edib".

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti yayıb.

Mənbələrin sözlərinə görə, Durov sözügedən təklifdən imtina edib. Qeyd olunub ki, Makron, həmçinin biznesmenə Fransa vətəndaşlığı verilməsi məsələsini də nəzərdən keçirib. Durov isə Fransa vətəndaşlığını 2021-ci ildə alıb. 

"WSJ" yazır ki, 2017-ci ildə Fransa və Birləşmiş Ərəb Əmirliklərinin xüsusi xidmət orqanları birgə əməliyyat zamanı P.Durovun "iPhone" markalı telefonunun məlumatlarını ələ keçiriblər. Sözügedən əməliyyata "Purple Music" kod adı verilib.