Maliyyə ətraf mühitin mühafizəsi uğrunda mübarizənin həlledici amilidir - BMT nümayəndəsi

Qlobal maliyyə sistemi BMT-nin dəqiq icra planına malik iqlim keçidi üzrə hədəflərinə uyğun olmalıdır.

Maliyyə ətraf mühitin mühafizəsi uğrunda mübarizənin həlledici amilidir - BMT nümayəndəsi
Qlobal maliyyə sistemi BMT-nin dəqiq icra planına malik iqlim keçidi üzrə hədəflərinə uyğun olmalıdır.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ADA universitetində mühazirəsində deyib.

"İstər tullantıların azaldılması, istərsə iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artması olsun, ətraf mühitin mühafizəsi uğrunda dünyanın mübarizəsində maliyyənin həlledici amil olduğu tamamilə aşkardır. Maliyyə vəsaitini əhəmiyyətli dərəcədə artırmadan 2023-cü ildə COP28 tədbirində iqlim qələbələri tez bir zamanda boş vədlərə çevriləcək heç olacaq. İqlim maliyyələşdirməsi üçün bizə kiçik deyil, böyük axınlar lazımdır", - deyə Stil qeyd edib.

Onun sözlərinə görə, istixana qazlarının tullantılarının azaldılması üçün iqlim tədbirlərinin maliyyələşdirilməsi noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirində əsas məsələlər olacaq.

"Bakıda keçiriləcək COP29 ümumi ambisiyalarımızın əldə edilməsi üçün çox vacib görüş olacaq. Beynəlxalq maliyyə institutları və inkişaf bankları ilə qarşılıqlı fəaliyyət iqlm hədəflərinin reallaşdırılma imkanları baxımından münasibətlərdə etimad yaradacaq", - deyə Stil bildirib.

Onun fikrincə, bərpa olunan enerji mənbələrinin (BEM) inkişafına, dünya iqtisadiyyatını enerji keçidinə adaptasiyasına 2,4 trilyon ABŞ dolları illik yatırım elə də kritik məbləğ deyil, çünki söhbət innovasiya və texnoloji proqressə yatırımdan gedir.

"Sənaye inqilabı gedir, iqtisadiyyatların rəqəmsallaşması böyük imkanlar açır. İqtisadiyyatın hər bir sektoru iqlim dəyişikliyinin qayğısına qalmalıdır, qarşılıqlı fəaliyyət, kollektiv iş lazımdır", - Stil deyib.