Meşə gəzintisi faciə ilə bitdi: 36 yaşlı kişi həyatını itirdi - YENİLƏNİB
15:34
Oğuzda meşədə üzərinə ağac aşan kişi ölüb.
meqale.com lente istinadən bildirir ki, koma vəziyyətində xəstəxanaya yerləşdirilən 36 yaşlı F. Bayramovun həyatını xilas etmək mümkün olmayıb.
---------- 13:37 Oğuzda 36 yaşlı kişinin üzərinə ağac düşüb.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Tayıflı kəndinin inzibati ərazisindəki meşə zolağında baş verib. Oğuz rayon sakini 1988-ci il təvəllüdlü Fuad Valeh oğlu Bayramovun üzərinə ağac düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan F. Bayramov komatoz vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxansına (RMX) yerləşdirilib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.