Məşhur müğənni əməliyyat olundu - FOTOlar

Türkiyənin məşhur ifaçısı Ajda Pekkan əməliyyat olunub.

Məşhur müğənni əməliyyat olundu - FOTOlar
Türkiyənin məşhur ifaçısı Ajda Pekkan əməliyyat olunub.

meqale.com Türkiyə mediasına istinadən xəbər verir ki, çiyin ağrısından əziyyət çəkən əfsanəvi sənətçinin oynaqlarından əməliyyat olunduğu bildirilib.

Sağ çiynindən əməliyyat olunan Pekkan 3 həftə müalicə alacaq.

Səhhəti barədə danışan 77 yaşlı müğənni açıqlamasında qeyd edib : "Çox ağrıyırdım, amma xoşbəxtlikdən bu əməliyyatla ağrılarımdan xilas oldum. Ombamı sındırdıqdan sonra çiynimdə əzələ qopması baş verdi. Sonra yavaş-yavaş ağrılar başladı. Əvvəllər eyni çiynimdə vətər əməliyyatı olunmuşdum. Ağrılar artdıqdan sonra həkimim Ramazandan əvvəl bu əməliyyatı etdi" .

Fidan meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun