Metroda ölən şəxs nazirliyin keçmiş əməkdaşı olub - YENİLƏNİB

---------

Metroda ölən şəxs nazirliyin keçmiş əməkdaşı olub - YENİLƏNİB
---------

21:57

Bakı metrosunun "28 May" stansiyasında qatar yoluna düşərək həlak olan sərnişin nazirliyin sabiq əməkdaşı olub.

meqale.com xəbər verir ki, 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev Fövqəladə Hallar Nazirliyində (FHN) çalışıb və bir neçə ildir ki, təqaüdə çıxıb.

Qeyd edək ki, qatar həmin şəxsin üstündən keçib və o, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

---------

17:09

"İyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayevin metronun "28 May" stansiyasında dəmir yolu xəttinin üzərinə düşərək ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır".

meqale.com bildirir ki, bu barədə APA-nın sorğusuna əsasən Baş Prokurorluqdan məlumat verilib.

---------

14:12

Metronun "28 May" stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.

Bu barədə meqale.com-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Qeyd edilir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq.

Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.

---------

13:24

"28 May" stansiyasına qatar daxil olanda, sərnişin stansiya yoluna düşüb. Xətlərdə yubanma var".

Bu barədə meqale.com-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O deyib ki, bu barədə əlavə məlumat veriləcək.