"Microsoft"dan maraqlı ixtira
"Microsoft" korporasiyasının mütəxəssisləri videooyunların sınağı və optimallaşdırılması məqəsdilə xüsusi süni intellekt yaradıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, model WHAM adını alıb - abbreviaturanın azərbaycan dilində qarşılığı Dünya və İnsan Hərəkət Modelidir.
WHAM videooyunların qrafikasını generasiya edə, həmçinin oyunçunun hərəkətləri simulasiya edə və bütövlükdə oyun sessiyalarını işə sala bilir. Bu, süni intellekt videooyun sınaqlarında vaxta əhəmiyyətli dərəcədə qənaət etməyə kömək edir.