Milyonçudur, amma hələ də marketdə işləyir - FOTO

Britaniyanın paytaxt sakini Ayobami Akeju milyonçu olmasına baxmayaraq supermarketdə beş günlük işinə davam edir.

Milyonçudur, amma hələ də marketdə işləyir - FOTO
Britaniyanın paytaxt sakini Ayobami Akeju milyonçu olmasına baxmayaraq supermarketdə beş günlük işinə davam edir.

meqale.com oxuya istinadən bildirir ki, 23 yaşlı gənc bunu intizamı pozmaq istəməməsi ilə izah edib. O, 20 yaşında olarkən 10 illik plan qurub və ondan kənara çıxmaq fikrində deyil.

Akeju mağazada işləyir, həmçinin daşınmaz əmlak əməliyyatlarından da pul qazanır. Hazırda o, ümumi dəyəri 1,2 milyon funt sterlinq (2,5 milyon manat) olan 10 mülkə sahibdir.

Akeju ilk əməliyyatını 2021-ci ildə edib. Həmin vaxt o, iki supermarketdə işləyir, xəstələrə qulluq edir və gecə növbələrində işləyirdi. 23 yaşlı gəncin üç gün yatmadan işlədiyi vaxtlar olub, buna görə indi miqrendən əziyyət çəkir. Ancaq o, kifayət qədər iş görmədiyinə əmindir və hələ çox hədəflərinin qaldığını bildirib.

Akeju hesab edir ki, o, "lənətə gəlmiş biri" kimi işləməli və gənc ikən heç bir həvəsinə boyun əyməməlidir ki, gələcəkdə gördüyü işlərlə fəxr edə bilsin.

"Vaxt gələcək, həyatdan həzz ala biləcəyəm, amma indi yox", - deyə o qətiyyətlə bildirib.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun