Mirzoyan Paşinyanın KTMT ilə bağlı fikirlərinə düzəliş etdi - YENİLƏNİB

18:51

Mirzoyan Paşinyanın KTMT ilə bağlı fikirlərinə düzəliş etdi - YENİLƏNİB
18:51

"Baş nazir Nikol Paşinyan ölkəmizin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağını yox, istədiyimiz vaxt bununla bağlı qərar verə biləcəyimizi deyib".

meqale.com APA-ya istinadən bildirir ki, bu fikirləri parlamentdəki çıxışında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Kimsə Nikol Paşinyanın məhz bu kontekstdə çıxış etdiyini düşünürsə, yanılır. Bunu çox rahatlıqla isbatlamaq mümkündür. Baş nazir sadəcə onu deyib ki, ölkəmiz təşkilatın üzvlüyündən çıxmalı olsa, bir daha geri qayıtmayacaq", - Mirzoyan fikirlərini belə yekunlaşdırıb.

-------- 17:25 Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxacağına eyham vurub.