Naxçıvanda avtomobil 4 nəfəri vurdu - FOTO
Naxçıvanda yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.
meqale.com-ın məlumatına görə, insident şəhərin Azadlıq küçəsində qeydə alınıb.
Sərxan Babayevin idarə etdiyi 75-BN-561 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil yolu keçmək istəyən piyadalar - 2006-cı il təvəllüdlü Quliyeva Gülsüm İlqar qızı, Quliyeva Dərya Səməd qızı, İsayeva Əfsanə İsa qızı və 2005-ci il təvəllüdlü Tağıyeva Xanımzəri vurub.
Yaralılar dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb. Onlardan Gülsüm Quliyevanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.