Neftçalada 30 yaşlı kişinin meyiti aşkarlandı

Neftçala sakini intihar edib.

Neftçalada 30 yaşlı kişinin meyiti aşkarlandı
Neftçala sakini intihar edib.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Qoltuq yaşayış massivində qeydə alınıb.

Belə ki, həmin massivin sakini 1994-cü il təvəllüdlü Bağırov Əli Elmar oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.