“Neftçi”nin futbolçusu İspaniya klubunda - FOTO
"Neftçi"nin U-19 və B komandasının üzvü Bəhruz Qurbanlı karyerasını İspaniyada davam etdirəcək.
meqale.com bildirir ki, sport24.az-ın məlumata görə, "ağ-qaralar"ın akademiyasının yetirməsi "Union Deportivo Montijo" klubuna keçib.
102 yaşlı İspaniya "Sequnda B" Divizionunun təmsilçisi həmyerlimizlə beş illik müqaviləyə imza atıb.
Qeyd edək ki, bu, "Neftçi" Akademiyası tarixində İspaniya çempionatına ilk transferdi.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun