“Neftçi” və “Səbail”in futbolçuları yumruq-təpik davasına çıxdı, AFFA cəzalandırdı
AFFA Azərbaycan çempionatında yaşanan dava-dalaşa münasibət bildirib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, assosiasiyanın İntizam Komitəsi U-17 Liqasında keçirilən "Neftçi" - "Səbail" matçında baş verənləri araşdırıb.
Yaşananlara hüququ qiymət verən AFFA günahkarları cəzalandırıb. 83-cü dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alan "Səbail"in futbolçusu Fariz Hüseynov 4 matçlıq diskvalifikasiya edilib.
Oyunun 90-cı dəqiqəsində qarşıdurma baş verib. Həmin vaxt "Neftçi"nin futbolçusu Sadiq Məmmədli və "Səbail"in oyunçusu Elmar Baxşızadənin bir-birini təpik və yumruqla vurub. Onların hər ikisi 4 matçlıq cəza alıb.