Nizami Rəmzinin qızı həbs olundu

Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan həbs edilib. 

Nizami Rəmzinin qızı həbs olundu
Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan həbs edilib. 

meqale.com xəbər verir ki, bu barədə bloger Nail Kəmərli məlumat yayıb.

O, Reyhanın görüntüsünü paylaşaraq bunları yazıb:

"Heyf səndən, Reyhan. Gərək səni elə o gün aparardım, Reyhan. Məni aldatdın. İnandım sənə. Reyhan artıq həbsdədir. Çox heyf".

Qeyd edək ki, Nail Kəmərli narkotik aludəçisi olub küçədə yaşayan Reyhanın 2023-cü ildə acınacaqlı həyatını nümayiş etdirmişdi. O, müalicə almaq üçün reabilitasiya mərkəzinə yerləşdirilməli idi.