Bakının "məşhur" parkinqi bağlandı - Metroya görə - FOTO

Səbail rayonunda geniş parkinq ərazisi hasarlanıb.

Bakının
Səbail rayonunda geniş parkinq ərazisi hasarlanıb.

Prezident idarəçiliyi akademiyasının qarşısındakı parkinq zonasına girişə qadağa qoyulub.

meqale.com-ın əldə etdiyi məlumata görə metropolitendə görüləcək işlərlə əlaqədar olaraq əraziyə giriş məhdudlaşdırılıb.

Belə ki, plana görə "İçərişəhər" stansiyasının arxasında yeni dönmə kamerası inşa ediləcək. Eyni zamanda bu ərazidə iri yeraltı dayanacaq tikiləcək.

Qeyd edək ki, sözügedən ərazi vaxtilə avtomobillərin səliqəsiz parkinqinə görə əcnəbi bloqerin diqqətini çəkmişdi.