"Qarabağ"la oyun öncəsi "Ayaks"ın heyətində ciddi İTKİLƏR

"Ayaks" komandasının iki əsas futbolçusunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda Bakıda "Qarabağ" ilə keçirəcəyi oyunda iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

"Ayaks" komandasının iki əsas futbolçusunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda Bakıda "Qarabağ" ilə keçirəcəyi oyunda iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

meqale.com xəbər verir ki, bu barədə klubun baş məşqçisi Fred Qrim açıqlama verib. O bildirib ki, komandanın 23 yaşlı yarımmüdafiəçisi Kennet Teylorun vəziyyəti barədə son qərarı həkimlər verəcək.

Bundan əlavə, "Ayaks"ın əsas hücumçusu Vaut Veqhorst Niderland çempionatında "Fortuna" ilə görüşdə (3:1) zədələnərək birinci hissədə oyunu tərk edib. Onun da Bakıda "Qarabağ" ilə qarşılaşmada oynayıb-oynamayacağı dəqiq deyil.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu 10 dekabr tarixində Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlayacaq.