Ödənişli yoldakı qəzada ölən Cəfərin FOTOsu
Xəbər verildiyi kimi, 2 gün əvvəl Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən avtoqəza baş verib.
meqale.com publika.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Cəfər Həsənovun idarə etdiyi "BMW" markalı minik avtomobili ödənişli yolda idarəetmədən çıxaraq aşıb.
Nəticədə 26 yaşlı Cəfər hadisə yerində aldığı xəsarətlərdən ölüb.
Daha üç nəfər, Bakı şəhər sakinləri 2003-cü il təvəllüdlü Nərmin Elnur qızı Təhməzova, 1998-ci il təvəlludlü Qocayeva Leyla İsmayıl qızı və 2002-ci il təvəllüdlü Emin Sərdar oğlu Xudiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Bildirilir ki, qəzaya düşənlər dost olublar.
Vəfat edən gəncin fotolarını təqdim edirik.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun