“On ilimi onunla keçirmişəm, silmək mümkün deyil”
Rusiyalı məşhur müğənni Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçovanın son müsahibəsinə münasibət bildirib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Kirkorov Puqaçovanın şəxsi həyatı və keçmiş nikahları barədə danışdığı müsahibəsini "möhtəşəm" adlandırıb.
"Əla müsahibə idi. O, mənim üçün çox yaxın insandır. Həyatımın on ilini onunla keçirmişəm və bu dövrü silmək mümkün deyil. Mən ona minnətdaram, çünki o mənə çox şey öyrətdi, bu, mənim həyatımın ən xoşbəxt illəri idi. Puqaçova dövrümüzün böyük sənətçisidir", - deyə o vurğulayıb.