Prezident İlham Əliyev haqlıdır, Fransa çox qəddar müstəmləkəçidir - BMT nümayəndəsi

Mən bugünkü çıxışına görə Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidentinə təşəkkür etmək istəyirəm.

Prezident İlham Əliyev haqlıdır, Fransa çox qəddar müstəmləkəçidir - BMT nümayəndəsi
Mən bugünkü çıxışına görə Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidentinə təşəkkür etmək istəyirəm.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Kanak Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) BMT nümayəndəsi Maqali Tingal-Lemenin jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında söylədiyi hər fikir doğrudur. Fransa çox qəddar müstəmləkəçidir . Belə ki, 2021-ci ildə Kaledoniyada keçirilən referendum zamanı yerli əhali onu təxirə salmaq istəsə də, Fransa bunun əksində israr edib. Nəticədə əhalinin 57%-i bu referendumda iştirak etməyib.

Kaledoniyadan olan Azadlıq Cəbhəsinin nümayəndələri mübarizəni davam etdirəcək və səslərinin eşidilməsini istəyirlər. Lakin bu gün biz Fransadan yeni bir müstəmləkəçilik formasını görürük. Fransa Yeni Kaledoniyalılara təzyiq cəhdlərini davam etdirdirir", - deyə o əlavə edib.

meqale.com