Putinin sayəsində bunun öhdəsindən gəldik - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarını söndürmək üçün BE-200 amfibiya təyyarələrinin verilməsinə görə Rusiya lideri Vladimir Putinə təşəkkür edib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

"Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edirəm ki, bizə BE-200 amfibiya təyyarələrini təqdim etdi. Bunun sayəsində biz meşə yanğınlarının söndürülməsinin öhdəsindən daha asan gəldik", - Ərdoğan bildirib.

Qeyd edək ki, Ərdoğan meşə yanğınlarının söndürülməsində göstərilən yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə də dərin təşəkkürünü bildirib.