“Qarabağ”ın qapıçısı 2,5 ildən sonra... - VİDEO
"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya millisinə qoşulub.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu yığmanın mətbuat xidməti açıqlayıb.
32 yaşlı qapıçı Serbiya və Paraqvayla yoldaşlıq oyunlarına hazırlıq məqsədilə təşkil olunan təlim-məşq toplanışına qatılıb. Lunyov son 2,5 ildə ilk dəfə millinin düşərgəsindədir.
Qeyd edək ki, Rusiya yığması martın 21-də Serbiya, dörd gün sonra Paraqvayla görüşəcək.