Qardaşlar 27 yaşlı şəxsi buna görə güllələyiblərmiş - Şok təfərrüat - YENİLƏNİB
11:02 Şəmkirdə baş verən güllələnmənin bəzi təfərrüatları məlum olub.
meqale.com APA-ya istinadən bildirir ki, güllələn Zabil Aslanov 2022-ci ildə hadisəni törədən qardaşların atalarını döyüb. Bu məqsədlə Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı intiqam almağa qərəra gəliblər. Ötən gün axşam saatlarında Bayramlı qardaşları əvvəlcə Zabil Aslanovun idarəetdiyi "KİA" markalı avtomobilə atəş açıb, sonra isə qardaşlardan Babək Bayramlı əlindəki dəmir parçası ilə avtomobilin şüşəsini sındırıb. Bayramlı qardaşlarının avtomobili isə "Passat" markalı minik maşını olub.
-------- 10:20 Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1997-ci il təvəllüdlü Zabil Aslanovun odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
meqale.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov" markalı avtomat aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir
-------- 09:50 Şəmkir rayonunun Şiştəpə kənd sakini, 1997-ci il təvəllüdlü Z.Aslanov güllə xəsarəti alıb.
meqale.com report-a istinadən xəbər verir ki, hadisə adıçəkilən kəndin ərazisində qeydə alınıb.
O, xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi hələ ki, məlum deyil.