Qaribaşvili Azərbaycan və Ermənistanın tezliklə sülh müqaviləsi imzalayacağına ümid edir
"Gürcüstanın qonşu Azərbaycan və Ermənistanla yaxın münasibətləri və tərəfdaşlığı var, onlar dost və qardaş ölkələrdir".
meqale.com APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumunun panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, hər iki dövlətin liderinin ikitərəfli müstəvidə əlaqə yaratmaqda maraqlı olduğunu və bunu düzgün yol hesab etdiyini vurğulayıb.