Qarlı hava şəraiti Cəlilabadda nəqliyyatın hərəkətində qismən problemlər yaradıb - FOTO

Qarlı hava şəraiti Cəlilabad rayonunda nəqliyyatın hərəkətində qismən problemlər yaradıb.

Qarlı hava şəraiti Cəlilabadda nəqliyyatın hərəkətində qismən problemlər yaradıb -  FOTO
Qarlı hava şəraiti Cəlilabad rayonunda nəqliyyatın hərəkətində qismən problemlər yaradıb.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarından yağmağa başlayan qar nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolunun Cəlilabadın dağlıq kəndləri olan Musalı, Ləkin, Əsədli, Şatırlı, Buravardan keçən hissəsində nəqliyyatın hərəkəti çətinləşib.

Hazırda sözügedən yol ağır texnikalar tərəfindən qar örtüyündən təmizlənir.

Cəlilabad rayonunun dağlıq kəndlərində qar yağmaqda davam edir.