Qəzzada yeni hökumətin qurulması üçün şərtini açıqladı

İsrailin Baş naziri Beniyamin Netanyahu Qəzza zolağında gələn il yeni hökumətin formalaşdırılmasının yalnız HAMAS-ın tərksilah edilməsi şərti ilə mümkün olduğunu bildirib.

meqale.com xəbər verir ki, o, bu fikri Fox News telekanalına müsahibəsində səsləndirib.

"Qəzzada yeni hökumət HAMAS tərksilah edilərsə mümkündür", - deyə Netanyahu qeyd edib.

Baş nazirin sözlərinə görə, HAMAS-ın silahlı potensialı qaldığı müddətdə Qəzza anklavında hər hansı "potensial yeni hökumət" fəaliyyətə başlaya bilməz. /APA 

meqale.com