"Disney" 10 milyon cərimələndi

ABŞ Ədliyyə Nazirliyi "Disney"i YouTube-da uşaqların məlumatlarını qanunsuz topladığına görə 10 milyon dollar cərimə edib.

ABŞ Ədliyyə Nazirliyi "Disney"i YouTube-da uşaqların məlumatlarını qanunsuz topladığına görə 10 milyon dollar cərimə edib.

meqale.com xəbər verir ki, məlumatı nazirlik açıqlayıb.

Bildirilir ki, şirkət və onun podratçıları xidmətdə yerləşdirilən məzmunun uşaqlar üçün nəzərdə tutulduğunu dəqiqləşdirməyiblər. Buna görə də Disney valideynlərin xəbərdarlığı və ya razılığı olmadan hədəf reklam üçün uşaqlar haqqında qanunsuz olaraq məlumat toplayıb.