QHT və vətəndaş cəmiyyətinin nümayəndələri seçki prosesini izləyir - FOTO

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə prosesi davam edir.

QHT və vətəndaş cəmiyyətinin nümayəndələri seçki prosesini izləyir - FOTO
Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə prosesi davam edir.

meqale.com report-a istinadən xəbər verir ki, seçki prosesini izləmək üçün ümumilikdə 90 mindən çox müşahidəçi qeydiyyatdan keçib.

Onların arasında rekord sayda qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunur.

Məlumata görə, bu gün seçki prosesini 83 QHT-nin 7000-ə yaxın seçki müşahidəçisi izləyir, bu, əvvəlki seçkilərdəki təmsilçilikdən xeyli çoxdur.

Həmçinin, bir neçə QHT-nin koalisiyalarda birləşərək seçkiləri müşahidə etdiyi bildirilir. Bunlar "Mənim səsim Seçki Monitorinq Koalisiyası", "Sivil Toplum Monitorinq Koalisiyası", "Seçki Müşahidə və Təhlil Qrupu Koaliyası"dır.