Qvardiola "Barselona"ya qayıdır? - Deku açıqladı
"Barselona"nın idman direktoru Deku komandanın "sükanı"nın Xosep Qvardiolaya tapşırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
meqale.com fanat.az-a istinadən xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun dediklərini belə çatdırıb:
"Hazırda heç bir mütəxəssislə danışıq aparmırıq. Qvardiola? Onun başqa klubla müqaviləsi var. Pepin qayıdışı barədə danışmaq "Mançester Siti"yə qarşı hörmətsizlik olar".
Xatırladaq ki, Qvardiola 2009-2012-ci illər aralığında Kataloniya təmsilçisinin baş məşqçisi olub. "Blauqrana" sözügedən mütəxəssisin rəhbərliyi altında 2 dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun