Ramin Musayev: “Özünə demişəm ki, sən adam deyilsən” - VİDEO

Azərbaycan klubları və millidəki məşqçi seçimi düzgün aparılmır.

Ramin Musayev: “Özünə demişəm ki, sən adam deyilsən” - VİDEO
Azərbaycan klubları və millidəki məşqçi seçimi düzgün aparılmır.

"İdman Bizdə" verilişinin qonağı olan PFL-in prezidenti Ramin Musayev bu qənaətdədir.

Onun fikrincə, məşqçi seçimində insani deyil, peşəkar keyfiyyətlər önəmli olmalıdır: "Biz insana insanlığına görə qiymət veririk. Amma əgər o sənin işçindirsə, işə görə qiymət ver. Mən bir insan var ki, adını çəkmək istəmirəm, işçi kimi əladır, insan kimi heç nədir. Bunu onun özünə də demişəm. Mənə sual verib ki, mən necə adamam? Demişəm ki, sən adam deyilsən, amma çalışdığın sahədə ulduzsan. Gülüb dedi ki, düz deyirsən. Əla işçidir, işini bacaran insandır".