"Real"ın ulduzu 4 ay oynaya bilməyəcək

"Real Madrid" ciddi itki ilə üzləşib. Komandanın müdafiəçisi Eder Militaonun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

"Real Madrid" ciddi itki ilə üzləşib. Komandanın müdafiəçisi Eder Militaonun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

"Report"un yerli mətbuata istinadən xəbərinə görə, 27 yaşlı futbolçu La Liqanın XV turunda "Selta" ilə keçirilən qarşılaşmada zədələnib. Yoxlamalar nəticəsində braziliyalı müdafiəçinin sol ayağında ciddi problem olduğu müəyyən olunub.

Qeyd edək ki, həmin görüşdə "Selta" doğma meydanda "Real" üzərində 2:0 hesabı ilə qalib gəlib. Militao isə zədə səbəbindən matçın 24-cü dəqiqəsində əvəzlənib.