Rus ordusundan çox geridəyik - Sırski

Ukrayna silahlı qüvvələri bütün kəmiyyət göstəricilərinə görə Rusiya ordusundan geridədir və çağırışçılar istədiyimizdən daha az təlim alırlar.

Rus ordusundan çox geridəyik - Sırski
Ukrayna silahlı qüvvələri bütün kəmiyyət göstəricilərinə görə Rusiya ordusundan geridədir və çağırışçılar istədiyimizdən daha az təlim alırlar.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski deyib.

"Düşmənin aviasiyada, raketlərdə, artilleriyada, sursatın miqdarında, təbii ki, şəxsi heyətdə, tanklarda, piyadaların döyüş maşınlarında üstünlüyü var",- o bildirib.

Sırskinin fikrincə, bu vəziyyət Ukraynanı müharibə aparmaqda daha ağıllı və effektiv olmağa vadar edir:

"Biz onlar kimi döyüşə bilmərik, ona görə də, ilk növbədə, ərazi xüsusiyyətlərindən, mühəndis konstruksiyalarından, öz güc və vasitələrimizdən maksimum istifadə etməliyik".