Rusiya XİN Ermənistana NATO ilə bağlı xəbərdarlıq etdi

Ermənistan NATO ilə yaxınlaşmaq istəyirsə, bunun nəyə gətirib çıxaracağını anlamalıdır.

Rusiya XİN Ermənistana NATO ilə bağlı xəbərdarlıq etdi
Ermənistan NATO ilə yaxınlaşmaq istəyirsə, bunun nəyə gətirib çıxaracağını anlamalıdır.

meqale.com APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə İrəvanın NATO ilə yaxınlaşması haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, əgər kimsə (NATO ilə - red.) yaxınlıq istəyirsə, bunun nə qədər təhlükəsiz olduğunu və nəyə gətirib çıxaracağını başa düşməlidir.

Zaxarova qeyd edib ki, ilk növbədə Ermənistanın özünə, onun milli maraqlarına nəyin sərfəli olduğunu anlamaq lazımdır.