Rusiyada aviasiya zavodunda güclü yanğın - VİDEO
Rusiyanın Krasnoyarsk şəhərindəki aviasiya zavodunda güclü yanğın başlayıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Bildirilib ki, 40-a yaxın insan sexdən təhlükəsiz şəkildə təxliyə edilib, xəsarət alan olmayıb.
Yanğın lokallaşdırılsa da, hələ söndürülməyib.
Hadisənin səbəbi müəyyənləşdirilir.