Rusiyada prezident seçkilərində 4 namizəd mübarizə aparacaq
Rusiya prezidenti vəzifəsi uğrunda dörd namizəd mübarizə aparacaq.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.
MSK-nın bu gün keçirilən iclasında çıxış edən sədr martın-15-dən 17-dək keçiriləcək Rusiya Federasiyası Prezidenti seçkilərində seçki bülletenlərində dörd namizədin adının olacağını söyləyib.
Bunlar Rusiya MSK tərəfindən dövlət başçısı vəzifəsinə namizədliyi təsdiqlənmiş hazırkı prezident Vladimir Putin, Liberal Demokrat Partiyasının lideri Leonid Slutski, Kommunist Partiyasından Nikolay Xaritonov və "Yeni insanlar" partiyasından Vladislav Davankovdur.